Start — sıfırdan
Başlanğıc

Start — sıfırdan

Heç vaxt motosiklet sürməmisən? Buradan başla.

“Start” proqramı motosikletə ilk dəfə toxunanlar üçündür. Qapalı və təhlükəsiz meydançada, təlimçinin yanında, addım-addım irəliləyirik: əvvəlcə motosikleti hiss etmək, sonra yerindən tərpənmək, ilk dönmələr və tormoz.

Tələsmirik — hər yeni element yalnız əvvəlki möhkəmləndikdən sonra gəlir. Proqramın sonunda motosikleti inamla idarə edir və növbəti mərhələyə hazır olursan.

Proqrama daxildir

  • Akademiyanın motosikleti və ekipirovkası
  • Motosikletin quruluşu və idarə orqanları
  • Yerindən tərpənmə, debriyaj və qaz balansı
  • İlk dönmələr və tormozlama
  • Təhlükəsiz duruş və baxış