
Akademiya
MotoRider Academy haqqında
2002-ci ildən bəri motosikletçilərə yalnız sürməyi yox, motosikleti idarə etməyi öyrədirik.
MotoRider Academy-də məqsədimiz sadəcə motosiklet sürməyi öyrətmək deyil. Motogymkhana texnikası əsasında sürücünün motosiklet üzərində nəzarətini, manevr dəqiqliyini və düzgün sürüş vərdişlərini sistemli şəkildə inkişaf etdiririk.
Təlimlər Bakıda, Salyan şossesi üzərindəki Velopark meydançasında keçirilir. Təhlükəsiz, qapalı asfalt sahə yeni başlayanlara rahat, təcrübəlilərə isə öz həddini sınamağa imkan verir.
Akademiyanın şüarı loqomuzda yazılıb: Safe driving is the highest priority — təhlükəsiz sürüş ən yüksək prioritetdir.
2002ESTB
Missiyamız
Azərbaycan yollarında hər motosikletçinin motosikletini inamla və təhlükəsiz idarə etməsi.
Nəyə inanırıq
Texnika sürətdən əvvəl gəlir.
Hər səhv — məşq üçün məlumatdır.
Ekipirovka seçim deyil, qaydadır.
Yaxşı motosikletçi başqalarını da qoruyur.
Azərbaycan Motosiklet İdmanı Federasiyası
Federasiyanın təlim mərkəzi
MotoRider Academy Azərbaycan Motosiklet İdmanı Federasiyasının təlim mərkəzidir. Bu, təlim proqramlarımızın federasiya standartlarına uyğun qurulması və idmançıların yarışlara hazırlanması deməkdir.
İlk dərsin konuslar arasında səni gözləyir.
Yer məhduddur — dərslər fərdi keçirilir. Yazıl, sənə zəng edək və vaxtı birlikdə seçək.